Bütün xəbərlər
Nurməhəmmədovu MMA-ya qaytara biləcək səbəb göstərilib
Tarix: 05-11-2023 21:30 | Bölmə: Manşet

MMA məşqçisi Xavyer Mendez məğlubiyyətsiz döyüşçü Həbib Nurməhəmmədovun qarışıq döyüş sənətinə qayıtmasının potensial səbəbini açıqlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Mendez bunun uşaqlarla bağlı ola biləcəyini qeyd edib.
"Həbibin indi əsas vəzifəsi övladları üçün yaxşı ata olmaqdır. Düşünürəm ki, onlar böyüyüb döyüş sənəti ilə məşğul olmağa başlayanda o, MMA-ya qayıdacaq. Amma bunun nə vaxt baş verəcəyini heç kim bilmir".
Red Corner MMA Mendezdən sitat gətirir: "Lakin, Həbib geri qayıdarsa, o zaman hər kəs heyrətamiz məşqçi və hər kəsə kömək edə biləcək heyrətamiz bir insan alacaq".
Xatırladaq ki, Nurməhəmmədov üç il əvvəl – 2020-ci ilin oktyabrında təqaüdə çıxıb. Peşəkar MMA karyerası ərzində 29 döyüşdə 29 qələbə qazanıb.


Baxış sayı: 112


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub