14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
Qolovin ardıcıl ikinci ay Monakonun ən yaxşı oyunçusu seçilib
Tarix: 02-11-2023 15:42 | Bölmə: Manşet

         Fransanın “Monako” klubunun rusiyalı yarımmüdafiəçisi Aleksandr Qolovin oktyabrda komandanın ən yaxşı oyunçusu seçilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Moneqaskın mətbuat xidməti məlumat yayıb.
Liqa 1-in IX turunun “Metz”lə qarşılaşmasında rusiyalı dubla imza ataraq komandasına 2:1 hesablı qələbə qazandırıb. Ümumilikdə Qolovin cari mövsümdə “Monako”nun heyətində 9 oyunda dörd qol vurub və bir məhsuldar ötürmə edib.
Xatırladaq ki, sentyabrın sonunda rusiyalı futbolçu da ayın oyunçusu seçilib.



Baxış sayı: 116


Bölməyə aid digər xəbərlər