20:16 / 27-08-2026
Turist dağlarda azıb
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
Bütün xəbərlər
Kreml: Putin HƏMAS nümayəndələri ilə görüşməyi planlaşdırmır
Tarix: 26-10-2023 21:53 | Bölmə: Manşet

Rusiya prezidenti Vladimir Putin Fələstinin HƏMAS hərəkatının nümayəndələri ilə görüşməyi planlaşdırmır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, bütün təmaslar Xarici İşlər Nazirliyi vasitəsilə həyata keçirilir.
HƏMAS-ın nümayəndə heyəti Moskvada səfərdədir. Hərəkat nümayəndələri artıq Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşüblər. Onlar Fələstin-İsrail münaqişəsinin həlli istiqamətində Rusiya diplomatiyasının səylərini yüksək qiymətləndirdiklərini bildiriblər.
Tərəflər Qəzza zolağından rusların təxliyəsi və girovların azad edilməsi məsələsini də müzakirə ediblər.



Baxış sayı: 194


Bölməyə aid digər xəbərlər