Bütün xəbərlər
Həbib Fələstinə dəstək verən oyunçunu cəzalandırdığı üçün Liqa 1-ə lağ edib
Tarix: 26-10-2023 15:19 | Bölmə: Manşet

Yüngül çəkidə Ultimate Fighting Championship çempionatının keçmiş çempionu Həbib Nurməhəmmədov Fransa Liqa 1-in Fələstinə dəstək məqsədi ilə sosial şəbəkədəki paylaşımına görə futbolçunu diskvalifikasiya etmək qərarına münasibət bildirib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,"Nitsa"nın 27 yaşlı müdafiəçisi Youssef Atal sosial şəbəkələrdə "yəhudilər üçün qara gün" çağırışı ilə video yayımlayıb. İdmançı daha sonra paylaşımını silib və ictimaiyyətdən üzr istəyib.
Liqa 1-in İntizam Komitəsi futbolçunun yeddi oyunluq diskvalifikasiya edilməsinə qərar verib. Klub da öz növbəsində futbolçunu qeyri-müəyyən müddətə diskvalifikasiya edib.
"Əsl söz azadlığı. Fransa, bravo", - Nurməhəmmədov sosial şəbəkələrdə futbolçunun şəklini yerləşdirərək yazıb.



Baxış sayı: 163


Bölməyə aid digər xəbərlər