Bütün xəbərlər
Həmas yanacaq müqabilində girovları azad edə bilər
Tarix: 23-10-2023 21:17 | Bölmə: Manşet

HƏMAS rəhbərliyi yanacaq müqabilində mülki girovların azad edilməsi variantını nəzərdən keçirir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə media danışıqlardan xəbərdar olan mənbəyə istinadən məlumat yayıb.
Bu arada Qətər ABŞ-la birlikdə Qəzza zolağında saxlanılan bəzi girovların azad edilməsi üçün danışıqlar aparmağa çalışır. İsrail televiziya kanalı Qətər rəhbərliyinin yaxın gələcəkdə razılaşmanı həyata keçirmək niyyətində olduğunu bildirib.
Daha əvvəl bildirilmişdi ki, Qərb danışıqları iştirakçıları HƏMAS-ın uşaq və qadınların azad edilməsi ilə bağlı müsbət qərarına nikbin baxırlar. Uğur qazanmağın əsas amili kimi yaraqlıların hərəkətlərinə dünyada mənfi reaksiya göstərilir.



Baxış sayı: 153


Bölməyə aid digər xəbərlər