Bütün xəbərlər
"Real Madrid" Mourinyonu baş məşqçi postuna qaytarmağı planlaşdırır
Tarix: 19-10-2023 23:15 | Bölmə: Manşet


"Real Madrid" 2024-cü ildə Joze Mourinyoya baş məşqçi vəzifəsini təklif edə bilər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis artıq 2010-2013-cü illərdə "kral klubu" ilə çalışıb.
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti 2024-cü ilin yayında postunu tərk edəcək. Madrid klubu italiyalı mütəxəssisin potensial varisini axtarır.
“Çempionat.com”un məlumatına görə, “Roma” ilə müqaviləsi gələn ilin yayında başa çatacaq Joze Mourinyo baş məşqçi postuna namizədlərdən biri hesab olunur. Portuqaliyalı müqaviləni yeniləmək fikrində deyil. Madrid klubu üç il "Real"da çalışan Mourinyonu geri qaytarmağa ümid edir.
Lakin Joze Mourinyo özü dəfələrlə klublarla işləməkdən yorulduğunu və millini çalışdırmaq istədiyini bildirib. İlk növbədə, baş məşqçi postu boş qalan Braziliya millisini qeyd edək. Eyni zamanda, braziliyalıların özləri də Karlo Ançelottini millinin sükanı arxasında görmək istərdilər.



Baxış sayı: 175


Bölməyə aid digər xəbərlər