Bütün xəbərlər
HƏMAS: "Fələstinlilərin yüzlərlə insanı öldürə biləcək raketləri yoxdur"
Tarix: 18-10-2023 23:05 | Bölmə: Manşet

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, HƏMAS-ın bildirdiyinə görə, Qəzza zolağındakı fraksiyaların eyni anda yüzlərlə insanı öldürə biləcək silahları yoxdur.
Xatırladaq ki, oktyabrın 17-də Qəzza zolağında xəstəxanaya hücum olub. Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, 471 dinc sakin həlak olub, daha 314 nəfər yaralanıb.
İDF hücumda hər hansı əli olduğunu inkar edir və Fələstinin İslami Cihad (Rusiya Federasiyasında qadağan olunmuş) qruplaşmasını günahlandırır. Həmçinin, İsrailin baş naziri Benyamin Netanyahu iddia edir ki, ABŞ prezidenti Cozef Bayden İsrail hərbçilərinin günahsızlığına dair bütün sübutlarla təmin edilib, TASS agentliyi yazır.



Baxış sayı: 172


Bölməyə aid digər xəbərlər