Bütün xəbərlər
Azərbaycan futbolçuları Avro-2024-ün seçmə turnirində ilk qələbəsini qazanıb
Tarix: 13-10-2023 22:58 | Bölmə: Manşet

Tallində F qrupunda keçirilən futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin oyunu başa çatıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Estoniya millisi Azərbaycan yığmasını qəbul edib.
Azərbaycan yığması Tallinndə Estoniya yığmasına 2:0 hesabı ilə qalib gəlib. Bu qələbə azərbaycanlılar üçün futbol üzrə Avropa çempionatının seçmə turnirində ilk olub.
Əvvəlki görüşlərdə rəqiblər cəmi bir xal qazana bilmişdilər. Komandaların Azərbaycanda keçirilən ilk görüşü 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Öz meydanında qələbə qazana bilməyən azərbaycanlılar səfərdə 2:0 hesabı ilə qalib gələ biliblər. Qələbəni 9-cu dəqiqədə Tural Bayralovun, 45-ci dəqiqədə isə "Zenit", "Rubin", "Dinamo" və "Kriliya Sovetov"un sabiq hücumçusu Ramil Şeydayevin qolları qazandırıb.
Azərbaycan komandası 4 xal toplasa da, F qrupunda sonuncudan əvvəlki pillədə qalır. Belçika və Avstriya komandaları hərəyə 13 xalla liderdirlər. İsveçlilər 6 xalla üçüncüdür. Estoniya yığması turnir cədvəlini 1 xalla tamamlayır.



Baxış sayı: 620


Bölməyə aid digər xəbərlər