Bütün xəbərlər
Ən azı 15 pilotsuz təyyarə Livandan İsrail ərazisinə buraxılıb
Tarix: 11-10-2023 20:55 | Bölmə: Manşet

Oktyabrın 11-i axşam saatlarında İsrailin Livanla həmsərhəd olan şimal ərazilərində hava reydləri sirenləri səslənib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, bu istiqamətdə yəhudi dövləti iri pilotsuz təyyarə hücumuna məruz qalıb.
TASS-ın məlumatına görə, çərşənbə günü axşam saatlarında İsrailin şimalında hava məkanı pozulub. İlkin məlumatlara görə, Livanın cənubundan qonşu dövlətə doğru 15-dən 20-dək pilotsuz uçuş aparatı buraxılıb.
Bundan bir qədər əvvəl İsrailin şimalında hava hücumu xəbərdarlığı elan edilib. Hücum olma ehtimalı yüksək olduğundan, hücuma məruz qalan bölgələrdəki israillilərə sığınacaqlara getmələri və növbəti xəbərdarlığa qədər orada qalmaları tövsiyə edilib.
İsrailin Telegram kanalları təxribat qruplarının Livandan yəhudi dövlətinin ərazisinə, o cümlədən paraplanlar vasitəsilə daxil ola biləcəyi barədə məlumat yayıb.



Baxış sayı: 161


Bölməyə aid digər xəbərlər