Bütün xəbərlər
"Salernitana"nın baş məşqçisi Filippo İnzaqi olacaq
Tarix: 10-10-2023 23:41 | Bölmə: Manşet


İtaliyanın "Salernitana" futbol klubunun mətbuat xidməti komandanın növbəti baş məşqçisinin adını açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, klubdan verilən məlumata görə, "Salernitana" Filippo İnzaqi ilə razılığa gəlib. “Yaxın vaxtlarda əsas komandaya rəhbərlik mütəxəssisə həvalə olunacaq”.
Bu postda İnzaqi istefaya göndərilən Paulo Souzanı əvəz edəcək. Portuqaliyalı İtaliya klubunu 2023-cü ilin fevralında çalışdırıb. Onun rəhbərliyi altında dəniz atları beş qələbə qazanıb, səkkiz məğlubiyyət alıb və 12 dəfə bərabərə qalıb.
İtaliya çempionatının səkkiz turundan sonra “tünd qırmızılar” üç xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.



Baxış sayı: 171


Bölməyə aid digər xəbərlər