Bütün xəbərlər
İsrail ordusu HƏMAS-ın Qəzza zolağındakı strateji mərkəzlərinə zərbələr endirib
Tarix: 09-10-2023 15:03 | Bölmə: Manşet


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İsrail silahlı qüvvələrinin rəsmi telegram kanalı xəbər verir ki, İsrail ordusu Qəzza zolağında Fələstinin Həmas hərəkatının strateji mərkəzlərinə zərbələr endirir.
“İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS təşkilatına məxsus bir neçə strateji mərkəzə irimiqyaslı hücumlar həyata keçirir”, - deyə, məlumatda bildirilir. Hərbçilər təfərrüatları daha sonra açıqlayacağını vəd ediblər.
Oktyabrın 7-də səhər saatlarında İsrail Qəzza zolağından kütləvi hücuma məruz qalıb. Təkcə raket hücumlarından istifadə edilməyib: silahlı qruplar sərhəd rayonlarına daxil olub. Oktyabrın 8-də Təl-Əviv faktiki olaraq Fələstinə müharibə elan etdi.
İsrail Müdafiə Qüvvələri də Qəzza zolağının tam blokadaya alınması niyyətini açıqlayıb. Müdafiə naziri Yoav Qalantın dediyi kimi, “elektrik, yemək, yanacaq olmayacaq”.



Baxış sayı: 181


Bölməyə aid digər xəbərlər