Bütün xəbərlər
Şeyx Qazaxıstana getdi
Tarix: 09-10-2023 14:50 | Bölmə: Manşet

                      seyx-qazaxistana-getdi



Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 9-da Qazaxıstana səfərə yola düşür.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qazaxıstan Senatının sədri Maulen Aşimbayevin dəvəti ilə baş tutan səfərdə məqsəd oktyabrın 11-də paytaxt Astana şəhərində keçiriləcək Dünya və ənənəvi din liderlərinin Qurultay Katibliyinin XXI sessiyasında iştirak etməkdir.
A. Paşazadənin 9-12 oktyabr tarixlərində Qazaxıstan paytaxtına həyata keçirəcəyi səfər çərçivəsində qardaş ölkənin yüksək məqam sahibləri, ölkənin dini lideri və Qurultay Katibliyi üzvləri ilə görüşləri nəzərdə tutulub.



Baxış sayı: 198


Bölməyə aid digər xəbərlər