Bütün xəbərlər
Netanyahu müxalifəti birləşməyə dəvət edib
Tarix: 07-10-2023 23:06 | Bölmə: Manşet


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu müxalifət liderlərini birləşməyə dəvət edib.
“Haaretz” xəbər verir ki, Qəzza zolağından genişmiqyaslı hücumla əlaqədar siyasətçi İsrail müxalifətinin lideri Yair Lapidi və Milli Birlik Partiyasının sədri Benni Qantsı fövqəladə hökumətə qoşulmağa dəvət edib.
Şənbə günü səhər İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Onlarla terrorçu İsrailin cənubunda sərhəd bölgələrinə soxulub. İsrail hərbçiləri məskunlaşan əraziləri təmizləyir.
İsrail və Fələstin tərəfi zərbə mübadiləsini davam etdirir. Bu günə qədər hər iki tərəfdən 432 nəfər həlak olub, yaralıların sayı isə üç minə yaxınlaşır.



Baxış sayı: 131


Bölməyə aid digər xəbərlər