Bütün xəbərlər
Bellinqem dubla imza atdı, "Real Madrid" "Osasuna"nı məğlub etdi
Tarix: 07-10-2023 22:19 | Bölmə: Manşet

"Real Madrid" İspaniya çempionatında yenidən birinci yeri tutub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, "Osasuna" ilə IX tur matçının nəticələrindən sonra baş verib. “Qaymaqlılar” rəqiblərini darmadağın edib.
Madriddəki "Santyaqo Bernabeu"da baş tutan görüş 4:0 hesabı ilə onların xeyrinə başa çatıb. Komandanın qələbəsini dubla imzalayan Cude Bellinqem, Vinisius Junior və Xoselunun vurduğu qollar gətirib.
Bu uğur Madrid komandasının cari mövsümdə bir məğlubiyyətlə səkkizinci uğuru olub. İndi komandanın 24 xalı və birinci yeri var. İkinci yerdə qərarlaşan "Jirona" ilə fərq iki xaldır. "Osasuna" on xalla 9-cudur.



Baxış sayı: 133


Bölməyə aid digər xəbərlər