Bütün xəbərlər
Poqba yenidən dopinq testindən keçə bilməyib
Tarix: 06-10-2023 20:35 | Bölmə: Manşet

Fransa millisinin üzvü, futbol üzrə dünya çempionu Pol Poqba ikinci dopinq testindən müsbət çıxıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun bədənində qadağan olunmuş maddə aşkar edilib. İndi "Yuventus"un futbolçusunu uzun müddət diskvalifikasiya gözləyir.
Bu barədə İtaliyanın “La Gazzetta dello Sport” nəşri məlumat yayıb. Mənbənin sözlərinə görə, “B” nümunəsi bir gün əvvəl cümə axşamı açılıb və testosteron üçün müsbət nəticə verib.
İndi fransalı futbolçunu iki ildən dörd ilədək müddətə diskvalifikasiya gözləyir. Bundan əvvəl "Yuventus" belə bir nəticənin olacağı təqdirdə 30 yaşlı fransızla müqavilənin vaxtından əvvəl ləğv ediləcəyini artıq açıqlamışdı.
Xatırladaq ki, Poqbanın ilk müsbət testi sentyabrın 11-də məlum olub. O vaxtdan bəri "Yuventus" antidopinq qaydasını pozan şəxsi maaşsız qoyub.




Baxış sayı: 159


Bölməyə aid digər xəbərlər