17:38 / 16-07-2024
Təbiət Abidələri Ağaclar
Bütün xəbərlər
Rusiya millisi "Keniya" ilə otelin stadionunda oynaya bilər
Tarix: 27-09-2023 00:20 | Bölmə: Manşet

Rusiya və Keniya yığmaları arasında yoldaşlıq görüşünün harada keçirilə biləcəyi məlum olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, futbolçular Türkiyə otellərindən birinin ərazisində oynaya bilər.
Bu barədə jurnalist Vasili Konov Telegram kanalında məlumat verib. Mənbənin sözlərinə görə, oyunun keçirilməsi variantları arasında Titanic Mardan Palace otelinin ərazisindəki stadion da var.
Bu oyun oktyabrın 16-na planlaşdırılıb. Rəqiblərin dəqiq harada yoldaşlıq oyunu keçirəcəyi ilə bağlı razılaşmalar aparılır.
Xatırladaq ki, Rusiya millisinin oktyabrın ortalarında ikinci payız təlim-məşq toplanışına çıxması planlaşdırılır. İki oyunun keçirilməsi planlaşdırılır: oktyabrın 12-də Moskva VTB Arenasında "Rusiya" - "Kamerun", oktyabrın 16-da isə "Keniya" ilə oyun olacaq.


Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər