Bütün xəbərlər
Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib
Tarix: 15-09-2023 23:33 | Bölmə: Manşet

Heydər Əliyev Mərkəzində MDB Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının (BPƏŞ) 33-cü iclası və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan qonaqların iştirakı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.

Bu barədə Sabaha-inamla.az-a Baş Prokurorluqdan bildiriblər.
Qeyd olunub ki, Ulu öndərin adını daşıyan Mərkəzdə keçirilən tarixi tədbirdə Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi və misilsiz xidmətləri, dövlətçiliyin qorunması istiqamətində həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti, ölkəmizin hərtərəfli inkişafı ilə bağlı gördüyü işlər barədə qonaqlara məlumat verilib.
Daha sonra Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən "Əfsanəvi insan" adlı sənədli film nümayiş etdirilib.

Sabaha-inamla.az







Baxış sayı: 159


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub