20:41 / 04-10-2023
Cəbrayıla həyat qayıdıb
20:23 / 04-10-2023
Fuad Muradov həbs edildi
02:04 / 04-10-2023
ABŞ tarixində ilk
Bütün xəbərlər
Sentyabrın 15-də Putin və Lukaşenko Soçidə görüşəcək
Tarix: 14-09-2023 16:31 | Bölmə: Manşet


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin sentyabrın 15-də Soçidə Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, danışıqlar ilkin olaraq günün ortasına təyin edilib.
TASS agentliyi yazır ki, Peskovun sözlərinə görə, iki ölkənin liderləri mütəmadi olaraq “saatları sinxronlaşdırır”, fikir mübadiləsi aparır və hərəkətləri əlaqələndirirlər.
Bundan əvvəl Belarus KİV-i Lukaşenkonun Rusiyaya işgüzar səfərə gəldiyini yazıb. Jurnalistlərin məlumatına görə, Rusiya Federasiyası və Belarus prezidentləri iqtisadi məsələləri, xüsusilə sənaye və kənd təsərrüfatını müzakirə edəcəklər.
Putinlə Lukaşenko arasında əvvəlki danışıqlar iyunun 23-də Sankt-Peterburqda baş tutub.


Baxış sayı: 51


Bölməyə aid digər xəbərlər