20:41 / 04-10-2023
Cəbrayıla həyat qayıdıb
20:23 / 04-10-2023
Fuad Muradov həbs edildi
02:04 / 04-10-2023
ABŞ tarixində ilk
Bütün xəbərlər
Veratti PSJ-ni Qətər çempionatına dəyişib
Tarix: 13-09-2023 23:58 | Bölmə: Manşet


İtaliyalı yarımmüdafiəçi Marko Verratti "Paris Saint-Germain"dən ayrılaraq Qətərin "Əl Ərəbi" klubuna keçib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, futbolçu rəsmi olaraq kluba yeni gələn kimi təqdim olunub.
Sövdələşmənin təfərrüatları açıqlanmayıb, lakin jurnalist Nikolo Şiranın sözlərinə görə, əməliyyat 50 milyon avro təşkil edib. İnsayder həmçinin bildirir ki, tərəflər üç illik - 2026-cı ilin yayına qədər müqavilə bağlayıblar.
Verrattinin illik maaşı 30 milyon avro olacaq.
Xatırladaq ki, italyan son 11 ildə PSJ-də çıxış edib. Bu müddət ərzində o, doqquz dəfə Fransa çempionu və altı dəfə ölkə kubokunun qalibi olub.


Baxış sayı: 63


Bölməyə aid digər xəbərlər