Bütün xəbərlər
"Barselona" Kvaratsxeliyanı transfer etmək niyyətindədir
Tarix: 09-09-2023 23:54 | Bölmə: Manşet

"Napoli"nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya İtaliya çempionatını La Liqaya dəyişə bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İspaniyanın "Barselona"sı 22 yaşlı gürcü futbolçunun xidmətində maraqlıdır.
"El Nacional"ın məlumatına görə, Kataloniya klubu maliyyə problemlərinin çoxunu həll edib. Mavi qranatlar 2024-cü ilin yayında Xviça almağa hazırdır.
Ötən mövsüm Kvaratsxeliya bütün turnirlərdə 43 oyun keçirib, 14 qol vurub və 17 məhsuldar ötürmə verib.


Baxış sayı: 104


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub