Bütün xəbərlər
“Dostlarımızın dost olmasını istərdik” - Hikmət Hacıyev
Tarix: 07-09-2023 23:18 | Bölmə: Manşet

                      dostlarimizin-dost-olmasini-isterdik



“Dostlarımızın da öz aralarında dost olmasını istərdik”.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin “i24news” telekanalına müsahibəsində Türkiyə-İsrail münasibətlərindən danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycan iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi prosesinə öz töhfəsini verib. O, bu məqsədlər üçün diplomatiyanın ən yaxşı alət olduğunu vurğulayıb: “Azərbaycan Türkiyə və İsrail arasında dostluq və qarşılıqlı anlaşmanı görməkdən məmnundur”.


Baxış sayı: 112


Bölməyə aid digər xəbərlər