Bütün xəbərlər
Xluseviç Misirlə oyunda Rusiya millisinin kapitanı olacaq
Tarix: 07-09-2023 21:41 | Bölmə: Manşet


Moskva “Spartak”ının müdafiəçisi Daniil Xluseviç Rusiya yığmasını kapitan sarğısı ilə Misirin olimpiya yığması ilə yoldaşlıq görüşünə çıxaracaq.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə Rusiya mətbuat xidməti məlumat yayıb.
Daha əvvəl rusiyalı futbolçuların tərkibi məlum olub. Xluseviçi qapıçı Stanislav Aqkatsev, müdafiəçilər Vyaçeslav Litvinov, Viktor Aleksandrov, Andrey Lanqoviç, yarımmüdafiəçilər Daniil Proxin, Yaroslav Qladışev, Dmitri Vasilyev, Aleksandr Kovalenko, Daniil Kuznetsov, hücumçu Tamer Musayev müşayiət edəcək.
Görüş sentyabrın 7-də Misirin Süveyş stadionunda baş tutacaq. Moskva vaxtı ilə saat 19:00-da başlayacaq.


Baxış sayı: 72


Bölməyə aid digər xəbərlər