Bütün xəbərlər
Rusiyalı qılıncoynadanlar 2024-cü il Olimpiadasına vəsiqə qazanmaq şanslarını itiriblər
Tarix: 06-09-2023 23:58 | Bölmə: Manşet

Rusiya qılıncoynadanları Parisdə keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazana bilməyəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Qılıncoynatma Federasiyasının prezidenti İlqar Məmmədov deyib.
"Federasiyamız haqqında danışsaq, reallıq ondan ibarətdir ki, biz heç bir şəkildə Olimpiadaya vəsiqə qazana bilmərik. Birincisi, seçimdən 6 ay keçib. İkincisi, aparıcı idmançılara icazə verilmir", - TASS Məmmədovdan sitat gətirib.
Əvvəllər Beynəlxalq Olimpiya Komitəsi Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlarda iştirakına icazə verilməsini tövsiyə etsə də, bir sıra şərtlər qoyub. Məsələn, icazə yalnız silahlı qüvvələr və ya milli təhlükəsizlik orqanları ilə əlaqəsi olmayan idmançılara şamil edilir. Nəticədə "Dinamo" və ÇSKA təmsilçiləri bitərəf status almadılar.
Xatırladaq ki, Parisdə Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.


Baxış sayı: 98


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub