Bütün xəbərlər
Peskov: "Britaniyanın Ukraynadakı silah zavodları sülhə töhfə vermir"
Tarix: 01-09-2023 23:54 | Bölmə: Manşet


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukraynada silah zavodlarının yaranması gərginliyin azaldılmasına və münaqişənin həllinə qətiyyən kömək etməyəcək.
Peskov əlavə edib ki, belə müəssisələrin tikintisi çətin ki, xüsusi əməliyyatın tapşırıqlarının yerinə yetirilməsinə mane olsun. Bununla belə, bütün silah istehsalı müəssisələri Rusiya hərbçilərinin diqqətindən kənarda qalmayacaq, TASS agentliyi yazır.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Britaniyanın BAE Systems şirkətinin ölkədə işə başladığını açıqlamışdı. Böyük Britaniyada istehsal olunan L119 və M777 silahları, CV90 piyada döyüş maşını kimi silah sistemləri artıq Ukrayna Silahlı Qüvvələrində xidmətdədir, Zelenski qeyd edib.


Baxış sayı: 103


Bölməyə aid digər xəbərlər