Bütün xəbərlər
"Spartak"ın hücumçusu Şamar Nikolson "Klermon"a keçəcək
Tarix: 01-09-2023 22:44 | Bölmə: Manşet

Moskva "Spartak"ının hücumçusu Şamar Nikolson karyerasını Fransa çempionatında davam etdirəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yamaykalı futbolçu "Klermon"da çıxış edəcək.
"L'Equipe"-nin məlumatına görə, Fransa klubu hücumçunun gəlişini tezliklə elan edəcək. Transfer təfərrüatları naməlum olaraq qalır.
Xatırladaq ki, Nikolson "Spartak"la 2021-ci ilin dekabrında müqavilə imzalayıb. Yamayka millisinin futbolçusu ilə müqavilə 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Şamar "qırmızı-ağlar"ın heyətində 43 görüş keçirib, 12 qol vurub. Bu mövsüm o, moskvalıların heyətində bir dənə də olsun oyun keçirməyib.



Baxış sayı: 117


Bölməyə aid digər xəbərlər