Bütün xəbərlər
Azlıqda olan "Liverpul" "Nyukasl"a qarşı geri dönüş etdi
Tarix: 27-08-2023 23:57 | Bölmə: Manşet

"Liverpul" futbolçuları İngiltərə Premyer Liqasının səfər matçında "Nyukasl" üzərində əzmkar qələbə qazanıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 25-ci dəqiqədə “Sent Ceyms Park” stadionunun ev sahibləri qola imza atıb və bunu Antoni Qordon edib. Üç dəqiqə sonra komandanın müdafiəçisi Vircil van Deykin birbaşa qırmızı vərəqə alması “Liverpul”un vəziyyətini ağırlaşdırıb.
Lakin Yurgen Kloppun yetirmələri matçı xilas edə bilib. Görüşün sonunda Darvin Nunes dubla imza atıb və bu, oyunu dəyişərək komandasına qələbə qazandırıb. O, əlavə olunmuş 81-ci və üçüncü dəqiqələrdə fərqlənib.
Nəticədə yeddi xal toplayan "Liverpul" mövsümü məğlubiyyətsiz (iki qələbə və bir heç-heçə) davam etdirir. Bu, mersisaydlılara dördüncü pilləyə yüksəlməyə imkan verib. “Nyukasl” üç xalla 13-cü yerdədir.



Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər