20:16 / 27-08-2026
Turist dağlarda azıb
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
Bütün xəbərlər
Karlsen karyerasında ilk dəfə Dünya Kubokunu qazanıb
Tarix: 24-08-2023 23:57 | Bölmə: Manşet


Şahmat üzrə sabiq dünya çempionu Maqnus Karlsen karyerasında ilk dəfə Bakıda keçirilən Dünya Kubokunun qalibi olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, finalda norveçli qrossmeyster 18 yaşlı hindistanlı Rameşbabu Praqnanandı məğlub edib.
İlk iki klassik oyun heç-heçə başa çatıb. Kubokun taleyi tay-brekdə müəyyənləşib. Karlsen Praqnanadda 1,5-0,5 xalla qalib gəlib.
Turnirin bürünc mükafatını amerikalı Fabiano Karuana qazanıb. Üçüncü yer uğrunda görüşdə ABŞ təmsilçisi tay-brekdə 2:0 hesabı ilə azərbaycanlı Nicat Abasovdan güclü olub.
Xatırladaq ki, qadınlar arasında Dünya Kubokunu Rusiya şahmatçısı Aleksandra Qoryaçkina qazanıb.



Baxış sayı: 175


Bölməyə aid digər xəbərlər