Bütün xəbərlər
Futbolçu Alsu Abdullina "Çelsi"dən "Paris"ə keçib
Tarix: 23-08-2023 23:57 | Bölmə: Manşet

İngiltərənin "Çelsi"sinin rusiyalı futbolçusu Alsu Abdullina 2023/2024 mövsümünün sonuna kimi icarə əsasında Fransanın "Paris" komandasına keçib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, London komandasının bəyanatında deyilir: "Çelsi"dəki hər kəs "Paris"də olduğu müddətdə Alsuya uğurlar arzulayır".
Abdullina 2021-ci ilin qışında iki il yarımlıq müqavilə imzalayaraq "Çelsi"yə keçib. Bundan əvvəl qız "Lokomotiv" və "Çertanovo"da oynayıb.
Alsu "mavilər"in tərkibində 2021/2022 mövsümündə 11 oyunda iştirak edib və İngiltərə Premyer Liqasının qalibi olub. Növbəti mövsümdə rusiyalı qadın londonlular üçün doqquz matçda üç məhsuldar ötürmə edib.



Baxış sayı: 173


Bölməyə aid digər xəbərlər