22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Putin Kursk vilayətinin sakinləri ilə səmimi ünsiyyət qurub
Tarix: 23-08-2023 23:52 | Bölmə: Manşet


Rusiya prezidenti Vladimir Putin Kursk döyüşündə qələbənin 80 illiyi münasibətilə Ponıri kəndində keçirilən mərasimdə çıxış etdikdən sonra Kursk vilayətinin sakinləri ilə söhbət edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, vətəndaşlar onu hərarətlə qarşıladı və əhatəyə aldı, çoxları əl sıxmaq üçün əllərini uzadıb birlikdə şəkil çəkdirmək istədilər, sevgilərini etiraf etdilər, gəldiyinə görə təşəkkür etdilər. Putin də öz növbəsində danışmaqdan məmnun idi, TASS qeyd edir.
Bundan əlavə, dövlət başçısı Kursk döyüşü abidə kompleksinin açılışında iştirak edib və xüsusi təyinatlı hərbi əməliyyatda fərqlənən iştirakçıları mükafatlandırıb. Putin hərbçilərə xidmətlərinə görə təşəkkür edib və onlarla fəxr etdiyini bildirib. Ali Baş Komandan Rusiya Qəhrəmanlarının "Qızıl ulduz"larını “Alyoşa” tankının ekipaj üzvləri – Aleksandr Levakov, Filipp Evseyev və Aleksey Neustroyevə şəxsən təqdim edib.



Baxış sayı: 253


Bölməyə aid digər xəbərlər