22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Mançester Siti" Bernardo Silva ilə müqaviləni uzadıb
Tarix: 23-08-2023 22:24 | Bölmə: Manşet


"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva "Citizens"də oynamağa davam edəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı portuqaliyalı futbolçu klubu ilə müqaviləsini uzadıb.
İngiltərə komandasının mətbuat xidmətindən verilən məlumata görə, Silva ilə yeni müqavilə 2026-cı ilə qədər hesablanıb. Daha əvvəl portuqaliyalının "Barselona" və ya "Paris Sen-Jermen"ə keçə biləcəyi bildirilirdi.
Yarımmüdafiəçi 2017-ci ildən "Mançester Siti"də çıxış edir. Bu müddət ərzində o, 308 oyun keçirib, 55 qol vurub və 59 məhsuldar ötürmə edib.



Baxış sayı: 169


Bölməyə aid digər xəbərlər