22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
İspaniya baş nazirinin müavini Rubialesin öpüşünə görə istefasını tələb edib
Tarix: 22-08-2023 23:32 | Bölmə: Manşet


İspaniya Futbol Federasiyasının rəhbəri Luis Rubiales tutduğu vəzifəni tərk edə bilər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Baş nazirin müavini Yolanda Diaz 45 yaşlı məmuru istefaya çağırıb.
Dünya çempionlarının mükafatlandırma mərasimində Rubiales son dərəcə emosional idi, İspaniyanın qadın komandasını tam gücü ilə öpdü. Oyunçulardan biri - Cennifer Hermosonun dodaqlarından öpdü və bu, futbol ictimaiyyətinin tənqidinə səbəb oldu.
"Biz qadını təqiblərə məruz qoyan Rubialesin istefasını tələb etməkdə davam edirik. Onun özünə bəraət qazandırmaq üçün etdiyi bütün cəhdlər əbəsdir", - Diaz "As" nəşrinə müsahibəsində deyib.

RFEF rəhbəri ispanların qələbəsindən həddən artıq emosiyaları əsas gətirərək, mükafatlandırma mərasimindəki davranışına görə artıq üzr istəyib.
Xatırladaq ki, İspaniya millisinin futbolçuları finalda ingilisləri 1:0 hesabı ilə məğlub edərək tarixdə ilk dəfə dünya çempionu olublar.



Baxış sayı: 142


Bölməyə aid digər xəbərlər