22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
“Mançester Siti” bir neçə oyundur ki, Qvardiolanı itirib
Tarix: 22-08-2023 23:31 | Bölmə: Manşet

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Citizens"in qarşıdakı Premyer Liqa oyunlarını buraxacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ispan mütəxəssis təcili əməliyyat olunub.
İngiltərə klubunun mətbuat xidmətindən verilən məlumata görə, Qvardiolanın son zamanlar belində problemlər yaranıb. Xosep Barselonada uğurla əməliyyat olunub. O, sentyabrın ortalarında komandaya qayıdacaq.
İspanı məşqçi körpüsündə köməkçisi Xuanma Lillo əvəzləyəcək. O, "Citizens"i "Şeffild Yunayted" (27 avqust) və "Fulhem" (2 sentyabr) ilə Premyer Liqa matçlarına hazırlayacaq. Daha sonra İngiltərə çempionatında millinin oyunları ilə bağlı fasilə yaranacaq.



Baxış sayı: 140


Bölməyə aid digər xəbərlər