22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Karlsen və Praqnanandha Dünya Kuboku finalının ilk oyununu keçirdilər
Tarix: 22-08-2023 23:31 | Bölmə: Manşet

Bakıda norveçli Maqnus Karslenlə hindistanlı Rameşbaba Praqnanandha arasında kişilər arasında şahmat üzrə dünya kubokunun final görüşü başlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ilk oyunda rəqiblər qalibi açıqlamayıblar.
Karlsenin ağlarla oynayacağı ikinci oyun avqustun 23-də baş tutacaq. Əgər o da heç-heçə ilə bitərsə, qrossmeysterlər qısaldılmış vaxta nəzarətlə tay-breyk keçirəcəklər.
Üçüncü yer uğrunda görüşdə azərbaycanlı Nicat Abasov ilk oyunda amerikalı Fabiano Karuana üzərində qələbə qazanıb. Turnirin ev sahibi ağ fiqurlarla oynayıb.
Xatırladaq ki, qadınlar arasında şahmat üzrə Dünya Kubokunda qələbəni bolqarıstanlı Nurgyul Səlimovanı tay-brekdə məğlub edən rusiyalı Aleksandra Qoryaçkina qazanıb.



Baxış sayı: 160


Bölməyə aid digər xəbərlər