22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Vladimir Putin: "Rusiya Ukrayna taxılını əvəz etməyə hazırdır"
Tarix: 22-08-2023 23:30 | Bölmə: Manşet

Vladimir Putin BRİKS biznes forumunun iştirakçılarına videomüraciətində bildirib ki, Rusiya Federasiyası ehtiyacı olan ölkələr üçün həm kommersiya, həm də pulsuz əsaslarla Ukrayna taxılını əvəz etməyə hazırdır.
Dövlət başçısının sözlərinə görə, bu il Rusiyada yenə də əla məhsul gözlənilir.
Vladimir Putin qeyd edib ki, tərəfdaşlar bütün öhdəlikləri yerinə yetirsələr, Rusiya Federasiyası taxıl müqaviləsinə qayıtmağa hazırdır.
“İyulun 18-dən biz bu qondarma sövdələşmənin müddətini daha da uzatmaqdan imtina etdik və geri qayıtmağa hazır olacağıq, ancaq Rusiya tərəfi qarşısında bütün öhdəliklər həqiqətən yerinə yetirildiyi təqdirdə geri dönəcəyik”, - prezident vurğulayıb.



Baxış sayı: 130


Bölməyə aid digər xəbərlər