22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Rusiya atəşə tutulan yerlərdən foto və videoların yayılmasını qadağan edə bilər
Tarix: 16-08-2023 23:58 | Bölmə: Manşet

Düşmən pilotsuz təyyarələrinin düşdüyü yerlərdə çəkiliş və mediada dərc edilməsi qadağan edilə bilər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müvafiq qanun layihəsi Rusiya senatorları tərəfindən hazırlanıb.
Federasiya Şurasının konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsinin rəhbəri Andrey Klişas izah edib ki, bu cür materialların dərci düşmənə yanğını düzəltməyə kömək edə bilər.
Həmçinin bu qanun layihəsi hərbi obyektləri, hərbi personalın və hərbi texnikanın hərəkətini, silahdan istifadəni əks etdirən foto və videolara təsir edəcək.
“Məsələn, videoya çəkilən ballistik raketin buraxılması anı uçuş yolunu müəyyən etməyə imkan verir və buna görə də o, son hədəfə çatdıqda riyazi hesablama ilə buraxılış qurğusunun yerini aşkar edir”, - Klişas əlavə edib.
Bildirilir ki, sənədlə “Kütləvi informasiya vasitələri haqqında” və “İnformasiya, informasiya texnologiyaları və informasiyanın mühafizəsi haqqında” qanunlara dəyişiklik edilir. Beləliklə, materiallara giriş məhdudlaşdırıla bilər, TASS agentliyi yazır.



Baxış sayı: 124


Bölməyə aid digər xəbərlər