22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Mançester Siti"nin ulduzu De Bruyne zədə səbəbindən bir neçə ay yaşıl meydanlardan kənarda qalıb
Tarix: 15-08-2023 23:59 | Bölmə: Manşet

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne Premyer Liqanın ilk turunda "Bernli" ilə matçda aldığı zədə səbəbindən bir neçə ay meydana çıxa bilməyəcək, bu barədə Pep Qvardiola məlumat verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Qvardiola UEFA Superkubokunun "Sevilya"ya qarşı keçiriləcək oyunu ilə bağlı mətbuat konfransında deyib: "Bu, ciddi zədədir. Yaxın bir neçə gündə əməliyyatla məsələni həll etməliyik. Sağalmaq üçün bir neçə ay lazım olacaq".
Xatırladaq ki, De Bruyne 2015-ci ilin yayında Almaniyanın "Volfsburq"undan 76 milyon avroya keçərək "Mançester Siti"nin futbolçusu olub. “Vətəndaşlar”ın tərkibində Kevin bütün yarışlarda 358 oyunda iştirak edib, 96 qol vurub, 153 məhsuldar ötürmə verib.



Baxış sayı: 124


Bölməyə aid digər xəbərlər