22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Ukrayna Rusiyanı beynəlxalq federasiyalardan çıxarmağa çağırıb
Tarix: 12-08-2023 22:34 | Bölmə: Manşet


Rusiya və Belarusun idman federasiyaları beynəlxalq ittifaqlardan kənarlaşdırılmağa çağırır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, belə bir təşəbbüslə Ukrayna Biatlon Federasiyasının prezidenti İvan Krulko çıxış edib.
Ukraynalı idman rəsmisi qeyd edib ki, rusların beynəlxalq yarışlarda iştirakına qadağa qoyulması qeyri-kafi tədbirdir.
“Ninki Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlarda iştirakını qadağan etmək, həm də onların idman federasiyalarını beynəlxalq ittifaqlardan kənarlaşdırmaq lazımdır”, - FBU-nun mətbuat xidməti onun sözlərini sitat gətirir.
Xatırladaq ki, daha əvvəl məlum olmuşdu ki, Beynəlxalq Biatlon İttifaqı (IBU) rusiyalı idmançıları heç bir formada Avropa və dünya turnirlərinə qaytarmaq niyyətində deyil. Hətta neytral vəziyyətdə.



Baxış sayı: 120


Bölməyə aid digər xəbərlər