22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Dzaqoyev karyerasını Türkiyədə davam etdirə bilər
Tarix: 05-08-2023 23:59 | Bölmə: Manşet


Moskva ÇSKA və Kazan "Rubin"inin sabiq yarımmüdafiəçisi Alan Dzaqoyev yaxın vaxtlarda Türkiyə çempionatına keçə bilər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,33 yaşlı futbolçu ilə "Antalyaspor" maraqlanmağa başlayıb.
“Fotospor”un məlumatına görə, artıq tərəflər arasında danışıqlar aparılıb. Qeyd olunur ki, rusiyalı futbolçu Türkiyə klubu ilə müqavilə bağlamağa yaxındır.
Ötən mövsüm Dzaqoev “Rubin”in heyətində 20 oyun keçirib, 3 qol vurub və iki məhsuldar ötürmə verib.
2023-cü ilin yayında Alan azad agentə çevrilərək Kazan komandasını tərk edib.



Baxış sayı: 162


Bölməyə aid digər xəbərlər