22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Çelsi" Qolovinin keçmiş komanda yoldaşı ilə müqavilə imzalayıb
Tarix: 04-08-2023 20:11 | Bölmə: Manşet


"Çelsi" futbol klubu yeni futbolçu ilə müqavilə imzaladığını açıqlayıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, londonlular bu dəfə “Monako”nun müdafiəçisi Aksel Disasi ilə müqavilə imzalayıb.
Bu barədə “Çelsi”nin rəsmi saytı məlumat yayıb. "Mavilər"in mətbuat xidmətindən verilən məlumata görə, klub futbolçu ilə 6 illik müqavilə imzalayıb. 2029-cu ilin iyun ayına qədər etibarlı olacaq.
Disasi 2020-ci ildən Fransanın "Reyms" klubundan keçdiyi "Monako"da çıxış edir. Keçən mövsüm o, moneqasklıların heyətində ümumilikdə 49 oyuna çıxıb, 6 qol vurub və 4 məhsuldar ötürmə verib.
"Transfermarkt" portalının məlumatına görə, futbolçunun dəyəri 30 milyon avro qiymətləndirilir.



Baxış sayı: 139


Bölməyə aid digər xəbərlər