22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Bayern Keyni transfer etməyə hazırlaşır
Tarix: 31-07-2023 23:58 | Bölmə: Manşet


“Bavariya” London “Tottenhem”indən Harri Keyni almağa çalışır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İngiltərə millisinin kapitanı naminə alman klubu danışıqlara hazırdır.
“Sky Sports”un məlumatına görə, “Bavariya” öz transfer rekordunu qırmağa hazırlaşır. Əvvəllər "Bavariya"nın ən bahalı transferi, "Atletiko"nun 2019-cu ildə 80 milyon avro aldığı müdafiəçi Luka Hernandes idi.
Yaxın günlərdə 30 yaşlı ingilisin transferi ilə bağlı danışıqlar aparılacaq. “Tottenhem” rəhbərliyi qorxur ki, gələn il Keynin müqaviləsi bitəndə futbolçu klubu pulsuz tərk edərək Premyer Liqadakı rəqiblərinə gedə bilər.
"Spurs"un forvardı ötən mövsüm londonluların heyətində bütün yarışlarda 49 oyuna çıxıb. Onun aktivində 32 qol və 5 məhsuldar ötürmə var.



Baxış sayı: 146


Bölməyə aid digər xəbərlər