22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Rusiya-Afrika sammitində yekun bəyannamə qəbul edilib
Tarix: 28-07-2023 20:28 | Bölmə: Manşet


Rusiya prezidenti Vladimir Putin və Afrika liderləri Rusiya-Afrika sammitinin yekun bəyannaməsini qəbul ediblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, həmçinin cümə günü, iyulun 28-də Rusiya-Afrika Tərəfdaşlığı Forumunun 2023-2026-cı illər üçün Fəaliyyət Planı qəbul edilib.
“Əgər, hörmətli həmkarlar, heç kimin etirazı yoxdursa, gəlin bu mühüm sənədləri qəbul edilmiş hesab edək”, - Rusiya lideri sammitin ikinci plenar iclasından sonra bəyan edib.
TASS xəbər verir ki, bundan əlavə, forum və sammit çərçivəsində Rusiya ilə Afrika ölkələri arasında əməkdaşlığın müxtəlif sahələrinə aid bir sıra sazişlər, müqavilələr və digər sənədlər də təsdiqlənib.
Putin iyulun 27-28-də Sankt-Peterburqda baş tutan sammitin nəticələrini yüksək qiymətləndirib.



Baxış sayı: 247


Bölməyə aid digər xəbərlər