22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
“Əl-Nəsr” “İnter”lə heç-heçə oynayıb- Ronaldo qol vurmayıb
Tarix: 27-07-2023 23:16 | Bölmə: Manşet


Yaponiyanın Osaka şəhərində "İnter"lə Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandaları arasında yoldaşlıq oyunu başa çatıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müsabiqə iştirakçıları qalibi müəyyən edə bilməyiblər.
Hesabı Səudiyyə klubunun futbolçuları açıb. Matçın 23-cü dəqiqəsində Əbdülrəhman Qareb “neradzurri”nin qapısına zərbə endirib. Amma hələ fasilə fitinə qədər "İnter" qol vurdu. 44-cü dəqiqədə Davide Frattesi qolun müəllifi olub.
İkinci hissədə komandalar bir-birinə qol vurmayıb. Nəticədə görüş 1:1 hesabı ilə başa çatıb.
Qarşılaşmada “Əl-Nəsr”dən Kriştiano Ronaldo da iştirak edib. 37 yaşlı portuqaliyalı meydana start heyətində daxil olub, ilk hissədə oynayıb və fasilədə əvəzlənib. Effektiv hərəkətləri ilə fərqlənə bilməyib.



Baxış sayı: 150


Bölməyə aid digər xəbərlər