22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Dinamo"nun keçmiş futbolçusu Valbuena karyerasını Kiprdə davam etdirəcək
Tarix: 24-07-2023 23:06 | Bölmə: Manşet


Moskva "Dinamo"sunun və Fransa millisinin sabiq yarımmüdafiəçisi Matye Valbuena karyerasını Kiprdə davam etdirəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçinin xidmətində Limassol şəhərinin "Apollon" klubu maraqlıdır.
"Bazar ertəsi, iyulun 24-də Valbuena komandaya Slovakiyadakı təlim-məşq toplanışında qoşulacaq, orada tibbi müayinədən keçəcək və müqavilə imzalayacaq", - "Apollon"un mətbuat xidməti bildirib.
Xatırladaq ki, Matye rusiyalı azarkeşlərə Moskva “Dinamo”sunda çıxışı ilə tanınır. Rusiyaya köçməzdən əvvəl “Marsel”də, vətənə qayıtdıqdan sonra isə “Lion”da çıxış edib. Həmçinin Matye hesabında Fransa komandası üçün 52 oyun və səkkiz qol var.



Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər