22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Alkaras Cokoviçi əfsanə adlandırıb
Tarix: 16-07-2023 23:15 | Bölmə: Manşet

Dünyanın birinci raketkası Karlos Alkaras karyerasında ilk dəfə Uimbldonun qalibi olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, finalda 20 yaşlı ispaniyalı 36 yaşlı serb Novak Cokoviçə qalib gəlib.
Final qarşılaşması 4 saat 43 dəqiqə davam edib. Dünyanın birinci raketkasi Karlos Alkaras dünya reytinqinin ikinci nömrəsi Novak Cokoviçi beş setdə 1:6, 7:6 (8:5), 6:1, 4:6, 6:4 hesabı ilə məğlub edib.
Böyük Dəbilqə finalında qalib gəldikdən sonra Karlos Alkaras oyunla bağlı təəssüratlarını bölüşüb. "Mənim üçün bu, gerçəkləşən arzumdur. Əlbəttə, qələbə qazanmaq əladır, amma uduzsam belə, özümlə çox fəxr edərdim. Bu gözəl turnirin tarixinə düşmək, tennis əfsanəsi ilə finala çıxmaq ," "Sport 24" Alkaras-dan sitat gətirib.
Karlos Alkaras böyük hörmətlə rəqibindən danışıb. "Novak, sən məni çox ruhlandırırsan. Mən sənə baxaraq tennis oynamağa başladım. Mən təzəcə doğulmuşam və sən artıq turnirlərdə qalib gəlmisən. Bu heyrətamizdir. Sən məndən yaxşı formada olmalısan. Deyirsən ki, 36 yeni 26-dır və sən bunu hərəkətlə sübut et. Və bu heyrətamizdir”.



Baxış sayı: 130


Bölməyə aid digər xəbərlər