22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Tramp yalnız bir cümlə ilə Ukraynadakı münaqişəni dayandıra bilər
Tarix: 16-07-2023 22:51 | Bölmə: Manşet


ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynadakı münaqişəni bir gün ərzində bitirə biləcəyini deyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, "Fox News"-ə müsahibəsində fikirlərini bölüşüb.
Trampın sözlərinə görə, o, Ukrayna prezidentinə bunları deyəcəkdi: “Bəsdir, razılaşmalısan”. Eyni zamanda keçmiş Amerika lideri Vladimir Putinə xəbərdarlıq edərdi ki, Moskva xüsusi əməliyyatı başa çatdırmağa hazır olmasa, Vaşinqton Kiyevə daha da böyük yardım göstərəcək.
Donald Tramp qeyd edib ki, onun həm Ukrayna, həm də Rusiya prezidentləri ilə yaxşı münasibətləri var.
Bundan əvvəl Vladimir Zelenski bildirib ki, ABŞ-ın hazırkı prezidenti beş dəqiqəyə Ukrayna münaqişəsinə son qoya bilər.



Baxış sayı: 150


Bölməyə aid digər xəbərlər