22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Messi "İnter Mayami" ilə müqavilə imzalamazdan əvvəl tibbi müayinədən keçib
Tarix: 14-07-2023 13:47 | Bölmə: Manşet


Argentinalı hücumçu Lionel Messi Amerikanın "İnter Mayami" futbol klubu ilə müqavilə imzalamazdan əvvəl tibbi müayinədən keçib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı futbolçunun səhhətində heç bir problem olmayıb.
ESPN kanalının məlumatına görə, Messi artıq komandanın məşqinə baş çəkməyi və gələcək komanda yoldaşları ilə söhbət etməyi bacarıb.
Lionelin "Paris Sen-Jermen"dən "İnter Mayami"yə transferi iyulun 7-də məlum olub. Amerika klubu keçmiş İngiltərə futbolçusu Devid Bekhemə məxsusdur.
"İnter Mayami" Şimali Amerika Böyük Futbol Liqasının Şərq Konfransının turnir cədvəlində sonuncu yerdədir. 21 turdan sonra "qaralar" 18 xal toplayıb.



Baxış sayı: 160


Bölməyə aid digər xəbərlər