22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
“Yəqin Rəşad bəyin bundan xəbəri yoxdur”
Tarix: 14-07-2023 12:54 | Bölmə: Manşet

                     yeqin-resad-beyin-bundan-xeberi-yoxdur




“Dərman vasitəsinin öz əmtəə nişanı ilə adı yazılmır, təsiredici maddənin adı yazılır və bu da gələcəkdə bizə problem yarada bilər”.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri deputat Rəşad Mahmudov Milli Məclisin iclasında bildirib.
Deputat qeyd edib ki, istehsalçının maraqlarının qorunması məsələsi var: “İstehsalçıların nümayəndələrinin ölkəmizdə daha aktiv şəkildə fəaliyyətinə şərait yaratmalıyıq. Amma ticarət adına qadağa qoyuruq. Bizim həkimlərin səhvləri varsa, düzəldilməlir, onlara dəyər verilməlidir. Nə üçün dünyada tibb işçilərinin inkişafı üçün işlər görənlərə əmtəə nişanının istifadəsinə qadağa qoyuruq?”
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə buna cavab olaraq bildirib ki, sözügedən məsələ artıq bir neçə dəfə qaldırılıb: “Rəşad bəydən fərqli olaraq, mən bu qanunu mütərəqqi hesab edirəm. Rəşad bəy bu qanun layihəsinin birinci müzakirəsində komitə iclasında iştirak etməyib. İkinci müzakirədə də, plenar iclasda da eyni məsələni səsləndirib və ona cavab verilib. Yəqin Rəşad bəyin xəbəri yoxdur ki, qanun layihəsində 71 qanun layihəsinə dəyşiklik olunub və dediyi məsələlər hamısı qeyd edilib”.



Baxış sayı: 203


Bölməyə aid digər xəbərlər