22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Milan" "Çelsi"dən Pulişiçi transfer etdiyini açıqlayıb
Tarix: 13-07-2023 22:33 | Bölmə: Manşet


"Çelsi"nin yarımmüdafiəçisi Kristian Pulişiç karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı amerikalı "Milan"la 30 iyun 2027-ci ilə qədər 4 mövsümlük müqavilə imzalayıb.
Sövdələşmənin maliyyə detalları açıqlanmayıb. Nüfuzlu “Transfermarkt” portalının məlumatına görə, londonlular vingerin satışından təxminən 20 milyon avro qazanıb. Kristian özü üçün yeni klubda 11-ci nömrə altında çıxış edəcək.
Pulişiç 2019-cu ilin qışında 64 milyon avroya "Çelsi"yə keçdiyi "Borussiya Dortmund" akademiyasının məzunudur.
"Mavilər"in heyətində amerikalı bütün yarışlarda 145 oyunda meydana çıxıb, 26 qol vurub və 21 məhsuldar ötürmə verib. Həmçinin yarımmüdafiəçinin hesabına ABŞ yığması üçün 57 oyun və 23 qol var.



Baxış sayı: 148


Bölməyə aid digər xəbərlər