22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
“Krasnodar” sualtı gəmisinin keçmiş kapitanının qətlində şübhəli bilinən şəxs həbs edilib
Tarix: 13-07-2023 19:51 | Bölmə: Manşet


Krasnodarın Pervomayski rayon məhkəməsi Krasnodar administrasiyasının səfərbərlik işləri şöbəsinin rəis müavini, Krasnodar sualtı gəmisinin keçmiş kapitanı Stanislav Rjitskini qətlə yetirməkdə şübhəli bilinən Sergey Denisenkonu sentyabrın 10-dək həbs edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o da məlum olub ki, dindirilmə zamanı Denisenko Rjitskinin qətlində günahını etiraf edib, onun ifadəsini yerindəcə yoxlayıblar.
Rjitski iyulun 10-da səhər qaçarkən güllələnib. Tuapsedə cinayət törətməkdə şübhəli bilinən Sergey Denisenko oradan İstanbula, oradan isə İsveçrəyə uçmağa hazırlaşarkən saxlanılıb. O, Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə işlədiyini etiraf edib. Ona qarşı cinayət işi açılıb.



Baxış sayı: 168


Bölməyə aid digər xəbərlər