22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Dinamo"nun yarımmüdafiəçisi Şimanski karyerasını Türkiyədə davam etdirəcək
Tarix: 12-07-2023 23:17 | Bölmə: Manşet


Moskva "Dinamo"sunun yarımmüdafiəçisi Sebastyan Şimanski karyerasını Türkiyə çempionatında davam etdirəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı polyak "Fənərbağça" ilə 4 illik müqavilə imzalayıb.
Sövdələşmənin maliyyə detalları açıqlanmayıb. Nüfuzlu "Transfermarkt" portalının məlumatına görə, Moskva klubu futbolçunun satışından təxminən 9,75 milyon avro qazanıb.
Şimanski 2019-cu ilin yayında 5,5 milyon avroya "Dinamo"ya keçdiyi "Legiya"nın məzunudur. Rusiya klubunun tərkibində Sebastyan bütün yarışlarda 86 oyunda iştirak edib, 8 qol vurub və 17 məhsuldar ötürmə verib.
Polyak ötən mövsümü icarə əsasında Hollandiyanın "Feyenoord" klubunda keçirib. Həmçinin yarımmüdafiəçinin hesabına Polşa millisində 24 oyun və bir qol var.



Baxış sayı: 197


Bölməyə aid digər xəbərlər